Həyat
paylaşdıqca gözəldir kəlməsi çox qeyd olunur. Doğrudur – paylaşınca hər şey fərqli
olur. İndiyə kimi yaşadığım ən mükəmməl hiss kimisə sevindirmək olub. Bu həyatda
heçnə məni o qədər sevindirməyib necə ki, qarşımdakı insanın gözlərindəki təbəssüm.
Gündə ən azı bir dəfə kimisə sevindirmək üçün səbəb axtarmaq mənim dünyamı dəyişdi.
Bəziləri üçün xoşbəxtlik puldur, evdir, maşındır – bəzilərinə isə insanların
sifətindəki, gözlərindəki gülüş yetərlidir.
Bir körpənin
gerçəkləşən məktəb çantası kimi arzusu bəzi insanlar üçün bir ömür
yaşamağa bəs edir. Bəzən yalnız adlandırdığımız insan ətrafı dolu olanlardan
daha xoşbəxt olur. Bir zaman bunun səbəbini anlamırdım. Bir gün 23 yaşlarında bir qız öz yumşaq oyuncağının xarab olmasına
görə göz yaşı axıdırdı. Onun üçün oyuncağı yetərliydi ki, özünü xoşbəxt hiss
etsin. Xoşbəxtlik üçün cüzi səbəblər də kifayət edir. Bəlkə də biz daim xoşbəxtliyi
əlçatmaz bir yerdə axtardığımız üçün ona qovuşa bilmirik.
Hörmətimizi artırmaq, dəyər vermək, xoş davranmaq
üçün məhz kiminsə sabah və ya biri gün
ölə biləcəyini eşitməyimizmi olmalıdır?!.. Kimisə sevindirmək üçün, o təbəssümü
axtarmaq üçün illahı bir hadisəmi baş verməlidir... Bəlkə elə bu andan
başlamalıyıq addım atmağa. Elə indi dəyər verməliyik, indi hədiyyə etməliyik,
indi sevindirməli, indi axtarmalıyıq o bizi xoşbəxt edəcək bəhanələri. Bunun
üçün bir ömür gözləməyə gərək yox. Bizi bir oyuncaq, bir gülüş, bir hədiyyə,
bir kiçicik dəyər və diqqət də xoşbəxt edə bilər.
Bir yoxla, çox asandır – insanları xoşbəxt etmək,
onlara təbəssüm bağışlamaq, onları üzməkdən, acıtmaqdan, əzab verməkdən, göz
yaşlarına səbəb olmaqdan qat-qat, dəfələrlə asandır... Bunlar üçün kiminsə ölməsini,
kiminsə acı çəkməsini gözləmə, birdə baxarsan ki, zaman keçib və heçnə əldə etməyibsən,
qaramat həyatını insanlara acı verməklə başa vurubsan... Kiminsə səni xoş,
üzündə təbəssüm dolu şəkildə xatırlamasının özü də xoşbəxtlikdir...
P.S. Bir müddət sonra azacıq sevgi və diqqət üçün insanlar özünü ölməyə vuracaqlar belə getsə...Cabir Novruzun sözlərini xatırladım:
Bir
arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...